AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

"Asiya - Avropa dəhlizində Azərbaycanın rolu" mövzusunda vebinar keçirilib

Hüquq və Arbitraj Haaqa Mərkəzi (HCLA) və Yaponiyanın Doşişa Universitetinin Qlobal Araşdırmalar Məktəbinin təşkilatçılığı ilə "Asiya - Avropa dəhlizində Azərbaycanın rolu" mövzusunda vebinar keçirilib.

Vebinarda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev "Azərbaycanda investisiya mühiti və biznes imkanları" mövzusunda təqdimatla çıxış edib, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

Tədbir sual-cavab sessiyası ilə davam edib, müzakirələr aparılıb.