Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Milan Layçak ilə görüş keçirilib.
AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, “Made in Azerbaijan” brendinin təşviqi, ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Müvəqqəti işlər vəkili Milan Layçak ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb, işgüzar dairələr arasında əməkdaşlığın inkişafı və yeni əlaqələrin qurulmasına dair fikirlərini bölüşüb.
Görüşdə Slovakiya ilə qarşılıqlı ixrac və investisiya sahəsində tərəfdaşlığın gücləndirilməsi barədə müzakirələr aparılıb.