Təhsil Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İxracatçılar Klubunun təşkilatçılığı ilə keçirilən “İxrac Akademiyası” təlimlərində iştirak üçün müraciətlərin qəbulu başa çatıb və qiymətləndirmə mərhələsi başlanıb.
30-a yaxın yerli şirkət öz əməkdaşlarının təlimlərdə iştirakı üçün müraciət edib.
Bu ilin aprelində başlanması nəzərdə tutulan 3 aylıq təlimin əsas məqsədi ölkənin ixrac potensialının inkişafında yararlı, beynəlxalq ticarət sahəsində müasir tələblərə cavab verən kadrların hazırlanmasıdır.
Qeyd edək ki, “İxrac Akademiyası” layihəsindən ixracla məşğul olmaq istəyən və ya ixrac menecerliyi üzrə ixtisaslaşmaq istəyən şəxslər yararlana bilərlər.