AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ukraynada özəlləşdirməyə çıxarılacaq müəsissəslər barədə təqdimat keçirilib

İqtisadiyyat Nazirliyinin və Azərbaycanın Ukraynadakı Səfirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Ukrayna Dövlət Əmlak Fondunun təşkilatçılığı ilə Ukraynada özəlləşdirməyə çıxarılacaq müəssisələrə dair Azərbaycan sahibkarlarına videotəqdimat keçirilib.

Ukrayna Dövlət Əmlak Fondunun nümayəndələri özəlləşdirməyə çıxarılacaq müəssisələr barədə təqdimatla çıxış edib, özəlləşdirmə proseduru barədə məlumat veriblər.

Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.