Təhsil Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İxracatçılar Klubunun təşkilatçılığı ilə keçirilən “İxrac Akademiyası” təlimlərində iştirak üçün müraciətlərin qəbulu və qiymətləndirmə mərhələsi başa çatıb. 30-a yaxın yerli şirkət öz əməkdaşlarının təlimlərdən yararlanması üçün müraciət edib.
Təlimlərdən yararlanacaq namizədlərin seçimi onlayn-müsabiqə yolu aparılıb. Müsabiqədən keçən namizədlər 5 aprel tarixindən etibarən keçiriləcək onlayn seminarlarda iştirak edəcəklər.