Özbəkistanın paytaxtı Daşkənd şəhərində "İNNOPROM: Özbəkistanda Böyük Sənaye Həftəsi" sərgisi keçirilir. Sərgidə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri də iştirak edir. Qurumun təmsilçiləri sərgi iştirakçıları ilə görüşlər keçirir, qarşılıqlı ixrac və investisiya qoyuluşunun artırılması barədə fikir mübadiləsi aparırlar.
Belə ki, “Hakan Aqro Invest”, “Sunny Land Products” (Bonaf), “Eximsol” şirkətləri ilə Ələt Azad İqtisadi Zonasında və ya sənaye parklarında Özbəkistan istehsalı olan quru meyvələrin qablaşdırmasının həyata keçirilməsi və 3-cü ölkələrə ixrac olunması imkanları barədə müzakirələr aparılıb. Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyi ilə təşkil edilmiş görüşdə isə investisiyaların cəlb edilməsi üzrə təcrübə mübadiləsi aparılıb, birgə potensial investisiya layihələrinin həyata keçirilməsi müzakirə olunub.
Sərgi aprelin 7-də başa çatır.