AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Çex şirkətləri ilə nanotexnologiyalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib

Mayın 7-də Çexiyanın Nanotexnologiyalar Assosiasiyasının məhsullarının təqdimatına dair videokonfrans keçirilib.

Çexiyanın Nanotexnologiyalar Assosiasiyasının rəhbəri Jiri Kus qurumun əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, Assosiasiyanın yaradılmasında əsas məqsəd tekstil sənayesi, biotexnologiya, optik və nanotexnologiya sahələrində fəaliyyət göstərən çex şirkətlərini bir araya gətirmək, həmin şirkətlərin tədqiqatlarını təqdim etmək, həmçinin tədqiqat və ticarət sahələri arasında əməkdaşlığın qurulmasına dəstək göstərməkdir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyəti, Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib, Çexiyanın Nanotexnologiyalar Assosiasiyası ilə əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıb.

Tədbirdə Nanotexnologiyalar Assosiasiyasının “Ağıllı şəhər”lər üçün tətbiq olunan nümunələri nümayiş olunub.

“ChezTrade”in Bakı ofisinin direktoru Pavel Zelenka çex iş adamlarının Azərbaycanın biznes mühitinə marağı və azərbaycanlı həmkarları ilə əməkdaşlıq potensialı barədə fikirlərini bölüşüb.

Videokonfransda AZPROMO və Çexiyanın Nanotexnologiyalar Assosiasiyası arasında əməkdaşlıq məsələləri müzakirələr edilib.