AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İşgüzar vebinar keçirilib

Mayın 20-də Avstriya Federal İqtisadiyyat Palatasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Gürcüstanın Sənaye və Ticarət Palatasının təşkilatçılığı ilə Azərbaycan və Gürcüstanla əməkdaşlıqda maraqlı olan Avstriya şirkətləri üçün “Azərbaycanda və Gürcüstanda İqtisadi İnkişaf və Biznes Fürsətləri” mövzusunda vebinar keçirilib.

Avstriyanın Azərbaycandakı Ticarət Komissarı Georg Karabaczek görüşün işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulayıb, Avstriyalı sahibkarların Azərbaycana böyük marağının olduğunu, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını qeyd edib.

Vebinarda çıxış edən AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ölkəmizin əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, avstriyalı iş adamlarını bu imkanlardan yararlanmağa dəvət edib.

Gürcüstanın Sənaye və Ticarət Palatasının prezidenti Georgi Pertaya birgə əməkdaşlığın hər üç ölkənin iş adamları üçün faydalı olacağına, qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.

Sonda Azərbaycanın və Gürcüstanın investisiya imkanları barədə təqdimatlar keçirilib, avstriyalı iş adamlarını maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.