AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“Pocketbook” layihəsinin təqdimatı keçirilib

10 iyun tarixində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və “Socar Türkiyə”nin təşkilatçılığı ilə “PocketBook” layihəsi və saytının təqdimatı, həmçinin sahibkarlarla görüş keçirilib.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlarda iştirak edib.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev “Pocketbook” layihəsi müəssisələrin idarə edilməsində, kadrların əmək fəaliyyətinin stimullaşdırılmasında faydalı olacağını vurğulayıb, layihə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Bildirilib ki, layihə müasir iş dünyasında lazımi bilik və bacarıqların təkmilləşdirilməsi, “İdarəetmə kitabları”ndan hər bir vətəndaşın elektron formatda faydalanması imkanı yaradacaqdır. Layihəyə daxil olan kitablar marketinq, bazar araşdırması, büdcənin tərtib edilməsi, müştəri xidmətləri, komandanın qurulması, qərarların qəbul edilməsi və s. bilik və bacarıqları əhatə edir.

Bundan başqa, ümumilikdə 103 kitabın Azərbaycan dilinə tərcümə olunaraq sayta yüklənəcəyi vurğulanıb. Artıq 3 kitab sayta yerləşdirilib.

Sonda “Pocketbook” layihəsinin təqdimatı keçirilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.