Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasio Sançes Taboada ilə işgüzar görüş keçirilib.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, Azərbaycan məhsullarının xarici ölkələrdə təşviqi, ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində AZPROMO tərəfindən görülən işlər barədə məlumat verib, iqtisadi əməkdaşlığın inkişafında iş adamları arasında əlaqələrin rolunu qeyd edib.
İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasio Sançes Taboada iqtisadi tərəfdaşlığın genişdirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, bu sahədə işgüzar görüşlərin önəmini vurğulayıb.
Görüşdə iki ölkə arasında investisiya və ixrac sahəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.