AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Rostov müəssisələrinin Azərbaycana biznes-missiyası təşkil olunub

Azərbaycan-Rusiya İşgüzar Şurası və Rusiya Federasiyasının Rostov vilayətinin Ticarət və Sənaye Palatasının dəstəyi ilə Rostov müəssisələrinin Azərbaycana biznes-missiyası təşkil olunub.

Biznes-missiya çərçivəsində kənd təsərrüfatı, gəmiqayırma, logistika, balıqçılıq sənayesi, tikinti və tibb sahələrində fəaliyyət göstərən Azərbaycan və Rostov şirkətləri arasında ikitərəfli görüşlər keçirilib.

Missiya iştirakçıları həmçinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nümayəndələri ilə görüşüb, fikir mübadiləsi aparıblar.

Rostov nümayəndə heyəti biznes-missiya çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olub və əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Biznes-missiyanın iştirakçıları Azərbaycana səfərdən məmnunluqlarını bildirib və missiyanın iş adamları arasında əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulayıblar.