AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Mərakeşin Azərbaycandakı səfiri AZPROMO-nun fəaliyyəti ilə tanış olub

AZPROMO-da Mərakeş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşla görüş keçirilib.

Görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi məqsədi ilə AZPROMO tərəfindən görülən işlər və həyata keçirdiyi tədbirlər barədə danışıb, ixracın dəstəklənməsi istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan Milli İxrac Strategiyası barədə məlumat verib.

Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə inkişaf etdiyini, təşkil olunan işgüzar görüşlərin yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olduğunu vurğulayıb.

İşgüzar görüşdə Azərbaycanda və Mərakeşdə biznes və investisiya mühitinin inkişafı üçün həyata keçirilən tədbirlərə dair müzakirələr aparılıb, ölkələr arasında qarşılıqlı ixrac və investisiya potensialının artırılması, eləcə də Mərakeşdə fəaliyyət göstərən İnvestisiya və İxracın İnkişafı Agentliyi (AMDIE) ilə əməkdaşlıq əlaqələrinin qurulmasına dair müzakirələr aparılıb.