Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasının Moskva şəhərində 2022-ci ilin 7-11 fevral tarixində keçiriləcək "Prodexpo" beynəlxaq qida sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Sərgidə iştirak şərtləri barədə ətraflı məlumatı İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun rəsmi internet səhifələrində əldə edə bilərsiniz.