AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Türkiyə İxracatçılar Məclisinin (TİM) nümayəndələri AZPROMO-da olub

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Türkiyə İxracatçılar Məclisinin (TİM) nümayəndələri ilə görüş keçirilib.

TİM-in baş katibinin müavini Yiğit Tufan Eser təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib, eləcə də iki qurum arasında əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə AZPROMO-nun İxracın təşviqi departamentinin direktoru Tural Hacılı ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə AZPROMO tərəfindən görülən işlər və həyata keçirdiyi tədbirlər barədə danışıb, ixracın dəstəklənməsi istiqamətində qurumun fəaliyyəti haqqında məlumat verib.

Tədbirdə  Azərbaycanda və Türkiyədə biznesin inkişafı üçün həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb, həmçinin cari ilin oktyabr ayında təşkil olunması nəzərdə tutulan türk iş adamlarının Azərbaycana ixrac missiyası çərçivəsində müxtəlif sahələrdə görüşlərin keçirilməsi təklifləri müzakirə olunub.