ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası (ICCIA) ilə görüş keçirilib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO ) İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) baş katibi Şeyx Yusif Həsən Xələfi ilə görüş keçirilib.

İşgüzar görüşdə AZPROMO-nun rəhbəri Yusif Abullayev təmsil etdiyi qurumun fəaliyyət istiqaməti,  xarici investisiyaların təşviqi məqsədilə AZPROMO tərəfindən görülən işlər və həyata keçirilən tədbirlər barədə danışıb, ICCIA-ya üzv ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, birgə layihələrin reallaşdırılmasında əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.

Şeyx Yusif Həsən Xələfi ICCIA haqqında məlumat verib, rəhbərlik etdiyi qurumun AZPROMO ilə əməkdaşlığın qurulmasında maraqlı olduğunu vurğulayıb.

 Sonda üzv ölkələrlə iqtisadi əlaqələrin, qarşılıqlı ticarətin inkişafı, həmçinin işğaldan azad olunmuş ərazilərə xarici investorların cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.