AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan məhsulları ilk dəfə “Heimtextil Russia 2021” sərgisində

Sentyabrın 14-də Rusiyanın paytaxtı Moskvada ev tekstili, interyer parçaları və dekor materiallarının nümayiş olunduğu “Heimtextil Russia 2021” sərgisi öz işinə başlayıb. Sərgidə tekstil sahəsində fəaliyyət göstərən şirkətlər öz məhsullarını təqdim etmək, həmçinin təcrübə mübadiləsi və yeni əməkdaşlığın qurulması imkanı əldə ediblər.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə interyer və ev tekstili, xalçaçılıq, iplik istehsalı kimi məhsulların istehsalında fəaliyyət göstərən Azərbaycan şirkətləri “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunur.

Eyni zamanda, Azərbaycanın qədim sənət nümunəsi olan, incə ornamentləri və zərif naxışları özündə birləşdirən Azərbaycan xalçaları da xüsusi milli stenddə nümayiş olunur.

Sərgi sentyabrın 16-dək davam edəcək.