Bakıda keçirilən Azərbaycan Respublikası ilə Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Enterprise Georgia” ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənəddə qarşılıqlı təcrübələrdən istifadə edərək ixracyönümlü məhsul istehsalı və xidmətlərin göstərilməsi, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsinin təşviqi, eləcə də hər iki ölkə sahibkarlarının əməkdaşlığının dəstəklənməsi və inkişaf etdirilməsi məsələləri əksini tapıb.