Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Çili Respublikasının Azərbaycanda müvəqqəti işlər vəkili Fidel Koloma Qrimberq ilə görüş keçirilib.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyətindən danışıb, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi üçün görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat verib.
Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Fidel Koloma Qrimberq iqtisadi tərəfdaşlığın genişdirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, bu sahədə işgüzar görüşlərin önəmini vurğulayıb.
Görüşdə iki ölkə arasında investisiya sahəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.