AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“Rebuild Karabakh 2021” sərgisi davam edir

"Caspian Event Organisers" (CEO) şirkətinin təşkilatçılığı, Qarabağ Dirçəliş Fondu, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Bakı Ekspo Mərkəzində 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı - Rebuild Karabakh 2021” sərgisi keçirilir.

20-22 oktyabr 2021-ci il tarixlərində təşkil edilən sərgi çərçivəsində AZPROMO-nun dəstəyi ilə Azərbaycanda yaradılmış biznes mühiti və investisiya imkanları, işğaldan azad olunmuş ərazilərin iqtisadi, investisiya və turizm potensialı və Qarabağda həyata keçirilməsi təklif olunan layihələr, Qarabağın enerji potensialı – azad olunmuş bölgələrdə “yaşıl energetika”nın inkişaf imkanları, regionun bərpası, “Rəqəmsal iqtisadiyyat” mövzusunda təqdimatlar Dördüncü Sənaye İnqilabı üzrə Azərbaycanda yeniliklər, şəhid və qazi ailələri üçün mikro biznes proqramları, eləcə də şəhid və qazi ailələrin sosial rifahının yaxşılaşdırılması, qazilərin və şəhid ailə üzvlərinin işlə təmin olunması məsələləri üzrə panel sessiyalar keçirilib, müzakirələr aparılıb.

Qeyd edək ki, ilk dəfə olaraq keçirilən "Rebuild Karabakh" sərgisində 20-yə yaxın ölkədən 280-ə yaxın yerli və xarici şirkət iştirak edir.