Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Çexiyanın ölkəmizdəki səfirliyi və Çexiyada Ticarətin Təşviqi Agentliyinin (CzechTrade) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə AZPROMO və CzechTrade-nin ümumi fəaliyyətlərinə dair təqdimatlar keçirilib və əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu CzechTrade-in baş direktoru Radomil Dolezal və AZPROMO-nun İnvestisiyaların təşviqi departamentinin direktoru Zöhrab Qədirov imzalayıb.
Sənəddə ixracyönümlü məhsul istehsalı və xidmətlərin göstərilməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsi, investisiya layihələrinin həyata keçirilməsinin təşviqi, sahibkarların əməkdaşlığının dəstəklənməsi məsələləri əksini tapıb.