AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerde ilə görüşüb.

Nazir Azərbaycanın beynəlxalq maliyyə qurumları, həmçinin Dünya Bankı ilə tərəfdaşlığa böyük önəm verdiyini, Bankın texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan və Dünya Bankı arasında çoxşaxəli sahələrdə əməkdaşlıq qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerde Bankın ölkəmizlə səmərəli əməkdaşlığını vurğulayıb, Azərbaycanda aparılan iqtisadi islahatların dəstəkləndiyini bildirib.

Tərəflər birgə layihələrin icra vəziyyətini və yeni əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.