AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan və Tacikistan arasında ticarət və investisiya imkanları müzakirə edilib

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Tacikistanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə video-konfrans formatında görüş keçirilib. Tədbirdə Azərbaycan və Tacikistan arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Tacikistanın ölkəmizdəki səfiri Rustam Soliyev, Tacikistanın İnvestisiyalar və dövlət mülkiyyətinin idarə olunması üzrə komitəsinin sədr müavini Xurşeda Kodir və digərləri ölkələrimiz arasında ticarət və investisiya imkanlarına dair fikir və təkliflərini bildiriblər.

Görüşdə Azərbaycanın biznes və investisiya mühiti, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, həmçinin Tacikistanın investisiya potensialı barədə məlumat verilib, suallar cavablandırılıb.