ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçirilib

Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Macarıstan biznes forumu keçirilib.

İki ölkənin rəsmilərinin də iştirak etdiyi forum Azərbaycan və Macarıstan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətləri əhatə edib.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizdə qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində aparılan məqsədyönlü işlər, əldə olunan uğurlu nəticələri diqqətə çatdırıb.

Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov Ələt Azad İqtisadi Zonasına dair ətraflı təqdimatla çıxış edib və Ələt Azad İqtisadi Zonasınin investorlar üçün mühüm əhəmiyyətini vurğulayıb.

Macarıstanın EXIM BANK-ın regional direktoru Robert Grilljov bankın həyata keçirdiyi layihələri diqqətə çatdırıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, KOBİA-nın iş adamları arasında əlaqələrin qurulmasına və birgə təşəbbüslərin reallaşdırılmasına dəstəyi barədə məlumat verib.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto biznes forumun bağlanış tədbirində iştirak ediblər.

S.Babayev Azərbaycan və  Macarıstanın dövlət başçılarının səyləri, imzaladıqları mühüm sənədlər nəticəsində iki ölkənin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, əməkdaşlıq gündəliyinin ildən-ilə genişləndiyini vurğulayıb. O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Ermənistanın işğalından azad  etdiyi ərazilərdə aparılan quruculuq işlərinə Macarıstan şirkətlərinin də qoşulmaq istəyinin məmnunluq doğurğunu deyib.

İktərəfli əməkdaşlığın genişlənməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran S.Babayev Hökumətlərarası Komissiyanın bu gün keçirilmiş 8-ci iclasının, iclasın yekunlarına dair imzalanmış Protokolun, eləcə də iclas çərçivəsində imzalanmış ikitərəfli əməkdaşlıq sənədlərinin bu məqsədə xidmət etdiyini vurğulayıb. Belə tədbirlərin iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafında mühüm rolundan bəhs edib, bu biznes forumun uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.

P.Siyarto ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib, ikitərəfli əməkdaşlığın genişlənməsində iş adamlarının, onlar arasında əlaqələrin əhəmiyyətindən bəhs edib. Belə görüşlərin işgüzar əməkdaşlıqda faydalı nəticələrə xidmət etdiyini vurğulayıb.

Biznes forumda iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb, əməkdaşlıq sənədləri imzalanıb.

  •  

  •  
  •  

  •  
  •  

  •  
  •  

  •  
  •  

  •  
  •  

     

  •  
  •  

  •  
  •  

  •  
  •  

  •  
  •  

  •  
  •  

  •  
  •  

  •  
  •