ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“İxrac strategiyasının hazırlanmasında və həyata keçirilməsində Azərbaycan hökumətinə dəstək” layihəsinə yekun vurulub


Bakı Biznes Mərkəzində Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “İxrac strategiyasının hazırlanmasında və həyata keçirilməsində Azərbaycan hökumətinə dəstək” layihəsinin yekununa dair tədbir keçirilib.
Qeyd edək ki, dəyəri 1 mln. avro olan və 18 aylıq müddəti əhatə edən layihənin icrasına 2020-ci ilin noyabrında başlanılıb. Layihə çərçivəsində milli ixrac siyasəti və strategiyalarının həyata keçirilməsi üçün koordinasiya, izlənmə və hesabatlılıq üzrə effektiv sistemin yaradılmasına, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO  xidmətlərin göstərilməsi potensialının artırılması və onun strateji məqsədlərinin ticarətin təşviqi üzrə beynəlxalq təşkilatların qabaqcıl təcrübəsi ilə uyğunlaşdırılmasına, həmçinin ölkəmizdə keyfiyyət infrastrukturu sisteminin beynəlxalq normalar əsasında təkmilləşdirilməsinə dəstək göstərilib. Bununla yanaşı, layihənin nəticəsi olaraq Milli İxrac Strategiyasının, həmçinin sektorlar üzrə strategiyalarının işlənib hazırlanması və həyata keçirilməsi üçün AZPROMO-ya dəstək göstərilib, ixraca hazırlığın qiymətləndirilməsinin təşkilində və elektron ixrac biznesinin qurulmasında KOB-lara məsləhət və təlimlər verilib.