İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) Azərbaycandakı ofisinin baş direktoru Co Kyekvonla görüşüb.
Görüşdə ixracın və investisiyaların təşviqi sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, AZPROMO və KOTRA arasında əlaqələrin gücləndirilməsi, ölkəmizin işğaldan azad edilmiş ərazilərində, sənaye zonalarında Koreya şirkətlərinin fəaliyyət imkanları müzakirə edilib.