AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Yerli şirkətlərin məhsulları təqdim edilib

Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə qida sənayesi sahəsində ölkəmizdə fəaliyyət göstərən 40-dək yerli şirkətin istehsal etdiyi məhsulların sərgisi keçirilib. Sərgi Rusiyanın ərzaq məhsullarının pərakəndə satışı sahəsində ixtisaslaşmış, bu ölkədə 19 mindən çox mağazası olan və elektron ticarət üzrə Rusiyanın aparıcı şirkətlərindən biri kimi tanınan “X5 Group” üçün təşkil edilib. Təqdim olunan məhsullar şirkətin nümayəndələri tərəfindən maraqla qarşılanıb.
“X5 Group” nümayəndələri həmçinin, bir sıra yerli şirkətin istehsalat sahələrində də olublar.

Qeyd: 2006-cı ildə təsis olunan “X5 Group” Rusiyada “Pyaterochka”, “Perekrestok”, “Karusel”, “Chizhik” kimi pərakəndə ticarət şəbəkələrini, həmçinin rəqəmsal biznesləri – “Vprok.ru”, “Perekrestok” internet hipermarketi, “Many Salmon” və “5Post” logistika şirkətlərini idarə edir. “X5 Group” “X5 Import”, “X5 Transport”, “X5 Dialog” və “X5 Ready Food” bölmələrindən ibarətdir. 2021-ci ildə şirkətin gündəlik alıcılarının sayı 15 milyondan çox, onlayn sifarişlər üzrə çatdırılmaların sayı isə 24,6 mln. təşkil edib.