ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“Brand Award Azerbaijan” milli müsabiqəsinə start verilib

“Caspian Energy Club” 6-cı “Brand Award Azerbaijan” milli müsabiqəsinə start verib. Müsabiqənin qalibləri 6-26 iyun tarixlərində onlayn keçiriləcək səsvermə nəticəsində müəyyənləşdiriləcək. Səsvermənin nəticələri iyulun 6-da “Brand Award Azerbaijan” milli mükafatının 50 ən tanınan brendinin onlayn təltifetmə mərasimi zamanı səsləndiriləcək. Qaliblər 2022-ci ilin sonunda yekun “Brand Award International” müsabiqəsində iştirak etmək imkanı əldə edəcəklər.

Yerli şirkətlər sözügedən müsabiqəyə qatılmağa dəvət olunur.

Xatırladaq ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO “Brand Award Azerbaijan” milli müsabiqəsinin rəsmi tərəfdaşı qismində çıxış edir.
 

Əlavə məlumat üçün:

+994 50 314 53 58

Eldar Maksumov