AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Aİ-Azərbaycan biznes forumu çərçivəsində panel müzakirələr təşkil olunub

Avropa İttifaqı-Azərbaycan biznes forumu işini panel müzakirələrlə davam etdirib.

Tədbirdə çıxış edən energetika nazirinin müavini Elnur Soltanov, Ələt azad iqtisadi zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov, İqtisadi Zonaların İnkişafı Agentlyinin sədri Elşad Nuriyev, AZPROMO-nun nümayəndəsi Zöhrab Qədirov, "InvestBaku" şirkətinin idarəedici direktoru Cavid Mustafayev biznes forumun tərəflər arasında işgüzar əlaqələrin genişləndirilməsi, Azərbaycanın, eləcə də Qarabağ və Şərqi Zəngəzur regionlarının iqtisadi potensialının tanıdılması baxımından əlverişli platforma olduğunu vurğulayıb, ölkəmizin  əlverişli biznes və investisiya mühiti, Avropa inverstorlarının yararlana biləcəyi imkanlar barədə məlumat veriblər.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Avropa İnvestisiya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Matsey Çura, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə nümayəndəsi Asif Mahmudov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Ülvi Mansurov ölkə iqtisadiyyatında sahibkarlığın rolunun genişləndirilməsinin, özəl biznesin maliyyəyə çıxış imkanlarının artırılmasının əhəmiyyətini qeyd ediblər.

Tədbirdə Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin təşviq olunması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.