AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Bakıda Azərbaycan-QDTİB biznes forumu keçiriləcək

Azərbaycanın sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Direktorlar Şurasının 24 iyun 2022-ci il tarixində Bakıda keçiriləcək 24-cü İllik Toplantısı çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə "Dəyişən dünyada Azərbaycanın şaxələndirilmiş və innovativ iqtisadiyyatının dəstəklənməsində QDTİB-in rolu" biznes forumu işə başlayacaq.

Forumda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq, biznes və investisiya mühitinə dair təqdimat keçiriləcək, iş adamları arasında görüşlər təşkil olunacaq.

Qeydiyyat üçün link: www.bstdb.org/registration

Əlaqə nömrələri:

(+30) 2310 290533 – Haroula Christodoulou
(+994 50) 3666301 – Nigar İsgəndərova

E-mail: events@bstdb.org