AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İsveçrə şirkətləri üçün Azərbaycanın investisiya imkanlarına dair vebinar keçirilib

Bakıda İsveçrə Birləşmiş Ticarət Palatası (JCC), İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin–AZPROMO-nun birgə təşkilatçılığı ilə İsveçrə şirkətləri üçün “Yenilənən Azərbaycan 2022: “Yeni biznes istiqamətləri və investisiya imkanları” mövzusunda onlayn təqdimat keçirilib.

Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, İsveçrənin ölkəmizdəki səfiri xanım Muriel Peneveyre, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev, JCC-nin icraçı direktoru Dorit Sallis, AZPROMO-nun nümayəndəsi Nigar İskəndərova və İsveçrədən olan sahibkarların iştirak etdiyi vebinarda Azərbaycanın biznes və investisiya mühiti, Ələt Azad İqtisadi Zonasının imkanları, 4SİM-in fəaliyyəti, ölkəmizin bərpa olunan enerji potensialı, həmçinin “Holcim Azərbaycan” şirkətinin ölkəmizdə həyata keçirdiyi layihələr barədə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.