Ölkəmizdə səfərdə olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Yerlan Baydaulet Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun nümayəndələri ilə görüşüb.
Görüş zamanı AZPROMO və IOFS arasında əməkdaşlığın genişləndirilməsi, Azərbaycan şirkətlərinin və assosiasiyalarının Beynəlxalq İslam Qida Emalı Assosiasiyasına (International Islamic Food Processing Association – IFPA) cəlb olunması, investisiya layihələri barədə məlumatların xarici investorlara çatdırılması, ixracatçıların əlaqələndirilməsi, qurumun maliyyə alətlərindən istifadə kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.