Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun, Özbəkistan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumunda hər iki ölkənin müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb. Belə ki, tədbir çərçivəsində AZPROMO Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyi, Ticarət və Sənaye Palatası, həmçinin İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında Xarici İnvestisiyaların Cəlb edilməsi Agentliyi ilə ümumilikdə 3 memorandum imzalayıb.
Agentlik tərəfindən imzalanan sənədlər iki ölkə arasında iqisadi-ticarət əməkdaşlığının inkişafı, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlbi, biznes dairələri arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli olacaqdır.