AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Qətərlə investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Dohada İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qətər Ticarət və Sənaye Palatasının nümayəndələri arasında görüş keçirilib.

Görüşdə Azərbaycan və Qətər arasında ticarət-investisiya əməkdaşlığının genişləndirilməsi, ölkələrimizin biznes dairələri arasında işgüzar münasibətlərin inkişaf etdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Qətərdəki Səfirliyinin nümayəndələri də iştirak ediblər.