Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Mərkəzi Asiyanın Beynəlxalq İnstitutunun birgə təşkilatçılığı ilə "Müasir dövrdə Özbəkistan və Azərbaycan arasında əməkdaşlığın perspektivləri" mövzusunda vebinar keçirilib.
Özbəkistanın Nəqliyyat Nazirliyi, İnvestisiya və Xarici Ticarət Nazirliyi, Mərkəzi Asiya Beynəlxalq İnstitutu, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə nəqliyyat, kənd təsərrüfatı, ipəkçilik və digər sahələrdə əlaqələrin inkişafı üçün böyük imkanların olduğu vurğulanıb.
Vebinarda çıxış edən AZPROMO-nun müşaviri Zöhrab Qədirov ölkələrimiz arasında qarşılıqlı investisiya və biznes sahələrində əməkdaşlığın genişləndiyini qeyd edib, sənaye zonaları barədə məlumat verib, Ələt Azad İqtisadi Zonasının nəqliyyat əlaqələri baxımından əhəmiyyətini diqqətə çatdırıb.