
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ticarətin İnkişafı üzrə İslam Mərkəzinin (Islamic Centre for Development of Trade – ICDT) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Azərbaycanda 2024-cü ildə İƏT ölkələrinin məhsullarının sərgisinin təşkil olunması, ICDT ilə əlaqələrin genişləndirilməsi, eləcə də inkişaf etməkdə olan Afrika ölkələrinin investisiyaların təşviqi üzrə agentlikləri tərəfindən AZPROMO-nun təcrübəsinin öyrənilməsi imkanları ətrafında fikir mübadiləsini aparılıb.

