İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun nümayəndələri Rusiyanın Yekaterinburq şəhərində keçirilən "INNOPROM-2022" XII Beynəlxalq Sənaye Sərgisində iştirak edirlər. AZPROMO nümayəndələri Rusiya şirkətlərinin stendləri ilə tanış olub, bir sıra görüşlər keçiriblər. Görüşlərdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, investisiya və biznes sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, iyulun 7-dək davam edəcək sərgi "Sənaye keçidi: Çağırışlardan yeni imkanlara doğru" mövzusunda keçirilir. Tədbirdə rəsmi şəxslərlə yanaş,ı Rusiyanın 60-dan çox regionunun və dünyanın 30-dan çox ölkəsinin biznes və ictimai təşkilatlarının nümayəndələri iştirak edir.