Bakıda Caspian Energy Forumunun Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunmuş xüsusi sessiyası təşkil olunub. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkədən iş adamları da iştirak edib.
Sessiyanın açılışında çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycan-Türkiyə əlaqələrinin dostluğa, qardaşlığa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını vurğulayıb və bu cür tədbirlərin işgüzar dairələr əlaqələrin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib.
Tədbir çərçivəsində "Azərbaycan və Türkiyə şirkətlərinin regionların inkişafında rolu" və "Azərbaycan-Türkiyə sahibkarlarının beynəlxalq arenada əməkdaşlığı" mövzularında müzakirələr təşkil olunub.