Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyəti, xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi, qeyri-neft məhsullarının ixracı, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi istiqamətində AZPROMO tərəfindən görülən işlər barədə məlumat verib, bu ilin fevral ayında AZPROMO ilə Misir Ticarət və Sənaye Nazirliyi arasında Bakıda imzalanmış anlaşma memorandumu çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb.
Səfir Hişam Nağı ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini bildirib, bu sahədə iş adamlarının rolunu qeyd edib.
Görüşdə iqtisadi-ticarət tərəfdaşlığının genişləndiriılməsi, biznes dairələri arasında əlaqələrin inkişafı istiqəmətləri barədə fikir mübadiləsi aparılıb.