AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO-da yerli istehsalçılar və ixracatçılar assosiasiyaları ilə görüş keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da yerli istehsalçılar və ixracatçılar assosiasiyalarının nümayəndələri ilə görüş keçirilib. Görüşdə Qablaşdırma Sənayesi, Şərab, Süd və Süd Məhsulları, Zeytun, Ekoloji Təmiz Məhsul və Zəfəran istehsalçıları və ixracatçıları assosiasiyalarının nümayəndələri iştirak edib.

Tədbirdə istehsalın və ixracın dəstəklənməsi məqsədilə həyata keçirilən kompleks tədbirlər, eləcə də hazırlanan yeni mexanizmlər barədə məlumat verilib.

Görüşdə həmçinin assosiasiyaların gələcək fəaliyyəti, strateji inkişaf planları, sektordakı mövcud vəziyyət, sahibkarların təkliflərinin öyrənilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi, sahəvi dəstək mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb, assosiasiyaların nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.