Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub. Görüşdə iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi, biznes dairələri arasında əlaqələrin inkişafı istiqamətləri, həmçinin Azərbaycan və Qazaxıstan arasında İşgüzar Şuranın yaradılması barədə fikir mübadiləsi aparılıb.