AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Bakıda Azərbaycan-Rumıniya biznes forumu keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Rumıniyanın Kovasna Sənaye və Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan-Rumıniya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkədən tekstil sahəsində fəaliyyət göstərən sahibkarları iştirak edib.

Forumda AZPROMO-nun rəhbəri Yusif Abdullayev, AQSİA-nın sədri Səkinə Babayeva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Kovasna Sənaye və Ticarət Palatasının layihə meneceri Miklos Csaszar və millət vəkili Musa Quliyev ölkəmizin əlverişli biznes və investisiya mühiti, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün potensialı, KOB-ların fəaliyyəti, qeyri-neft məhsullarımızın Rumıniyaya ixracının genişləndirilməsi imkanları barədə məlumat verib, bu sahədə özəl sektorun rolunu vurğulayıblar.

Tədbir çərçivəsində Rumıniyanın biznes imkanlarına dair təqdimatlar keçirilib.

Forum sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.