AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ryazan vilayətinin nümayəndə heyəti AZPROMO-da olub

Rusiya Federasiyasının Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitinin rəhbərlik etdiyi nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, əsas hədəfləri, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, iş adamları arasında əlaqələrin genişləndirilməsi sahəsində birgə görülən işlər haqqında danışıb.

Rusiya Federasiyasının Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitinin Ryazan vilayətinin biznes imkanlarından bəhs edib, əməkdaşlığın inkişafının önəmini vurğulayıb.

Görüşdə tərəflər arasında qarşılıqlı investisiya və ixrac imkanları barədə informasiya mübadiləsinə dair razılıq əldə olunub.