İstanbulda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin rəhbərliyi ilə Azərbaycan-Türkiyə II Enerji Forumu keçirilib.
Tədbirdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun müşaviri Tural Hacılı Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, eləcə də Agentliyin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib.