İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə nar, xurma, fındıq və digər qeyri-neft məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla Dövlət Gömrük Komitəsinin müvafiq strukturlarının rəhbərləri arasında görüş keçirilib.
Görüş zamanı ticarət qanunvericiliyi, konsiqnasiya üsulu ilə ixrac olunmuş məhsulların dəyərinin ölkəyə gətirilməsinin vacibliyi, ixrac zamanı sahibkarların qarşılaşdığı məsələlər və onların aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılıb, ixracatçıların təklifləri dinlənilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.