AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO-da görüş keçirilib

Polşanın İnvestisiyalar və Ticarət Agentliyinin (PAIH) İdarə Heyətinin üzvü Zdislav Sokal İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycan və Polşa arasında iqtisadi əlaqələrin inkişaf etdiyini, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

Zdislav Sokal Polşanın İnvestisiyalar və Ticarət Agentliyinin fəaliyyət istiqamətləri barədə, Polşanın biznes və investisiya mühiti barədə məlumat verib, biznes dairələri arasında əməkdaşlığın inkişafı istiqamətlərini qeyd edib.

Tərəflər arasında qarşılıqlı investisiya və ixrac imkanları barədə informasiya mübadiləsinə dair razılıq əldə olunub.

Görüşdə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova və Polşanın Azərbaycandakı səfiri Rafal Poborski də iştirak ediblər.