AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO və "CCI France Russie" arasında əməkdaşlıq imkanları müzakirə olunub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Fransa-Rusiya Ticarət və Sənaye Palatasının ("CCI France Russie") nümayəndələri arasında görüş keçirilib.

Tədbirdə ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, AZPROMO-nun fəaliyyət istiqamətləri haqqında məlumat verilib, AZPROMO ilə Fransa-Rusiya Ticarət və Sənaye Palatası, eləcə də Azərbaycan şirkətləri və Palataya üzv şirkətlər arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.