AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO Tbilisidə keçirilən Yaponiya Biznes Forumunda iştirak edib

Yaponiya və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Tbilisidə Yaponiya Biznes Forumu keçirilib. Tədbirdə bir sıra ölkələrdən dövlət rəsmiləri, özəl sektor təmsilçiləri, biznes və investisiya sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.

Forumda onlayn iştirak edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müşaviri Zöhrab Qədirov təqdimatla çıxış edərək, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi, qeyri-neft sektoruna investisiya yatırımının artırılması istiqamətində AZPROMO tərəfindən görülən işlər barədə məlumat verib.