Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Bakıda “Ticarət və İxracat Forumu – 2022” (TEF-2022) keçirilib. Forum çərçivəsində “İdxalat və ixracatda dövlətin funksiyası” və “Xarici bazarlar və onlara çıxış imkanları” mövzularında panel müzakirələr keçirilib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov “İdxalat və ixracatda dövlətin funksiyası” panelində Agentliyin fəaliyyət istiqamətləri, sahibkarlara, o cümlədən ixracatçılara göstərilən dəstək tədbirləri, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.