AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Pakistan biznes forumu keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və "Global Business Alliance"ın birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, qida, əczaçılıq, turizm, tekstil və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Forumda çıxış edən AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycan və Pakistanın işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin önəmini qeyd edib, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, bu yaxınlarda Azərbaycanın biznes missiyasının Pakistana səfər edəcəyini diqqətə çatdırıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA-nın biznes qurmaq istəyən xarici iş adamlarına yerli tərəfdaşların tapılması, KOB-larla birgə layihələrin həyata keçirilməsi və digər istiqamətlərdə göstərə biləcəyi dəstək tədbirləri barədə danışıb.

"Global Business Alliance"ın sədri Məhəmməd Asif Nur, Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xürrəm Bhatti ticarət, investisiya və digər sahələrdə əməkdaşlığı, Pakistan iş adamlarının Azərbaycanda həyata keçirilən layihələrdə iştirak imkanlarını qeyd edib, iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüblər.

Forum çərçivəsində Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası (PAKAZCHAM) və "Global Business Alliance" arasında Anlaşma Memorandumu imzalanıb.

Forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib.