AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Pakistanın düyü ixracatçılarının Azərbaycana biznes missiyası təşkil olunub

İxracın və investisiyaların Təşviqi Agentliyi – AZPROMO və Pakistan Düyü İxracatçıları Assosiasiyası (REAP) Pakistanın düyü ixracatçılarının Azərbaycana biznes missiyasını təşkil edib.

Bununla bağlı keçirilən tədbirdə çıxış edən AZPROMO-nun rəhbəri Yusif Abdullayev Pakistan mənşəli düyünün Azərbaycana idxalının 5 il müddətinə gömrük rüsumundan azad edildiyini xatırladıb, bu addımın Pakistan ixracatçıları üçün yeni imkanlar açdığını bildirib.

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee, Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xürrəm Bhatti Pakistanın biznes nümayəndə heyətinin Azərbaycana səfərinin, aparılan müzakirələrin işgüzar dairələr arasında əməkdaşlığın genişlənməsində önəmli olacağını qeyd edib, Pakistan ixracatçıları üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlıq ediblər.

Tədbirdə Pakistan şirkətlərinin təqdimatı keçirilib, sahibkarlar arasında ikitərəfli görüşlər təşkil olunub.